Goranboy. 15 iyun. REPORT.AZ/ Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, "Lifan" markalı minik avtomobilin idarəetməni itirərək yol kənarında ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə, sürücü 1987-ci il təvəllüdlü Abdullayev Ziya Şahnəzər oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.