Goranboyda törədilən qətlin təfərrüatları məlum olub

Goranboyda törədilən qətlin təfərrüatları məlum olub Goranboyda qadın qətlə yetirilib
Hadisə
30 Oktyabr , 2022 21:38
Goranboyda törədilən qətlin təfərrüatları məlum olub

Goranboy rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy şəhər ərazisində Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Zəhra Cavid qızı Babayeva çox saylı bıçaq xəsarəti alaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, onun həyat yoldaşı - 1993-cü il təvəllüdlü Naxçıvan MR Kəngərli rayon sakini, Bəbir İntiqam oğlu Həsənlidir. O, könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, cütlük bir neçə həftə öncə ailə həyatı qurublar. Mübahisəyə səbəbin qadının boşanmaq istəməsi olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

21:21

Goranboyda ər arvadını qətlə yetirməkdə şübhəli bilinir.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy şəhər ərazisində qeydə alınıb.

Hələ ki şəxsiyyəti məlum olmayan qadın bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə saxlanıldığı bildirilir. İlkin məlumata görə, o, könüllü polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi