​Goranboyda avtomobil dərəyə aşıb, iki nəfər yaralanıb

​Goranboyda avtomobil dərəyə aşıb, iki nəfər yaralanıb Hadisə rayonun Borsunlu kəndində baş verib
Hadisə
23 May , 2015 07:52
​Goranboyda avtomobil dərəyə aşıb, iki nəfər yaralanıb

Bakı. 23 may. REPORT.AZ/ Bu gün gecə saatlarında Goranboyun Borsunlu kəndində "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə yanğınsöndürən-xilasedicilər cəlb edilib.

Onlar yaralı vəziyyətdə olan sürücü və sərnişini avtomobildən çıxararaq adiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi