Yuxarı

​Goranboyda avtomobil dərəyə aşıb, iki nəfər yaralanıb

Hadisə rayonun Borsunlu kəndində baş verib

Bakı. 23 may. REPORT.AZ/ Bu gün gecə saatlarında Goranboyun Borsunlu kəndində "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə yanğınsöndürən-xilasedicilər cəlb edilib.

Onlar yaralı vəziyyətdə olan sürücü və sərnişini avtomobildən çıxararaq adiyyəti üzrə təhvil veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi