General Rafiq Abbasov DİN-də yüksək vəzifə təyinatı alıb

General Rafiq Abbasov DİN-də yüksək vəzifə təyinatı alıb BMCMİ rəisi general-mayor Mirqafar Seyidov vəzifəsindən azad edilərək BŞBPİ-nin rəisi vəzifəsinə təyin olunub
Hadisə
4 Noyabr , 2014 14:52
General Rafiq Abbasov DİN-də yüksək vəzifə təyinatı alıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişiklikləri olub. Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumatda bildirilib ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi general-mayor Rafiq Abbasov vəzifəsindən azad edilərək DİN-in Baş Kadrlar İdarəsinin rəisi təyin olunub.

Baş Mütəşəkkil Cinəyətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) rəisi general-mayor Mirqafar Seyidov vəzifəsindən azad edilərək BŞBPİ-nin rəisi vəzifəsinə təyin olunub.

Nazir Ramil Usubovun digər bir əmri ilə Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə BMCMİ-yə rəis təyin olunub.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, təyinatlarla bağlı rəsmi açıqlama gün ərzində veriləcək.

Qeyd edək ki, təyinatlarla bağlı xəbəri ilk olaraq “Qafqazinfo.az” saytı yayıb.

Son xəbərlər

Orphus sistemi