Gəncə. 19 iyun. REPORT.AZ/ Gəncədə avtomobil yoluna çıxan atı maşın vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkının önündə, Bakı-Qazax magistral yolunda baş verib.
Heyvan hərəkətdə olan “VAZ-2105” markalı avtomobilin qarşısına anidən çıxıb. At ciddi xəsarət almasa da, avtomobilin ön-sağ tərəfi əzilib.
Şahidlərin sözlərinə görə, at park ərazisindən qaçaraq yola çıxıb.