Gəncədə yaşayış evində yanğın baş verib, xəsarət alanlar var - FOTO

Gəncədə yaşayış evində yanğın baş verib, xəsarət alanlar var - FOTO Ailə başçısı üzərinə benzin tökərək özünü yandırıb
Hadisə
21 Oktyabr , 2015 17:52
Gəncədə yaşayış evində yanğın baş verib, xəsarət alanlar var - FOTO

Bakı. 21 oktyabr. REPORT.AZ/ Gəncədə yaşayış evində yanğın baş verib. "Report"un məlumatına görə, hadisə Gəncənin Cavadxan qəsəbəsində Dilqəm Qocayeva məxsus mənzildə qeydə alınıb. Hadisə zamanı ev sahibi, onun həyat yoldaşı Ayna Qocayeva, qaynatası Yusif Əhmədov ağır yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb.

Hadisə şahidlərinin bildirdiklərinə görə, Dilqəm Qocayev ailə münaqişəsi zəminində üzərinə benzin tökərək özünü yandırıb. Ailə üzvləri isə onu xilas etməyə çalışarkən yanıq xəsarətləri alıblar.

Qeyd edək ki, Dilqəm Qocayev Rusiya Federasiyasında fərdi bizneslə məşğul olur. Bu gün Gəncəyə ailəsinə baş çəkməyə gəlibmiş. O, 11 ildir ailə həyatı qurub və 3 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi