Gəncədə yanğın baş verib, qonşu mənzildəki sakinlər təxliyyə edilib

Gəncədə yanğın baş verib, qonşu mənzildəki sakinlər təxliyyə edilib Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
6 Mart , 2015 11:03
Gəncədə yanğın baş verib, qonşu mənzildəki sakinlər təxliyyə edilib

Bakı. 6 mart. REPORT.AZ/ Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birotaqlı mənzilin zirzəmisinə yığılmış 25 kv.m sahədə köhnə ev əşyaları və məişət tullantıları yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı qonşu mənzildən 2 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi