Gəncədə ölən xəstənin qohumları tibb bacısını döyüblər - FOTO

Gəncədə ölən xəstənin qohumları tibb bacısını döyüblər - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Sentyabr , 2016 20:13
Gəncədə ölən xəstənin qohumları tibb bacısını döyüblər - FOTO

Gəncə. 16 sentyabr. REPORT.AZ/ Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında tibb bacısı xəstə yaxınları tərəfindən döyülüb.

"Report"un Qərb bürosu xəbər verir ki, naməlum şəxslər qohumlarının ölməsinə etiraz olaraq xəstəxananın tibb bacısının üzərinə hücum çəkib, onu vurublar.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin (RPİ) Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, bu gün Gəncə şəhərinin “Qırmızı Kənd” deyilən ərazisində evlərdən birinin divarının uçması nəticəsində 2002-ci il təvəllüdlü Sona İsmayılova və onun bacısı 2001-ci il təvəllüdlü Mehparə İsmayılova uçqunun altında qalaraq ağır xəsarətlər alıb. S.İsmayilova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. M.İsmayılovanın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. 

Son xəbərlər

Orphus sistemi