Gəncədə avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Gəncədə avtomobil maneəyə çırpılıb, xəsarət alan var Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
24 Dekabr , 2019 22:48
Gəncədə avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən otellərin birinin yaxınlığında qeydə alınıb. 

"VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb. Nəticədə sürücü, 1983-cü il təvəllüdlü Ramin Məmmədov müxtəlif bədən xəsarətləri alıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi