Bakı. 16 aprel. REPORT.AZ/ Gəncə şəhər sakininin evindən odlu silah və ləvazimatları götürülüb. "Report" xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsi və Nizami (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elnur Cavadovun evindən nömrəsi silinmiş “AKSU-74” markalı silah, 30 ədəd patron və patron darağı, habelə 12 ədəd ərəb əlifbası ilə yazılmış kitab (dini ədəbiyyat olması ehtimal olunur) aşkar edilib.
Gəncə şəhər sakininin evindən odlu silah və ləvazimatları götürülüb
Hadisə
16 Aprel , 2016
12:55
https://static.report.az/photo/bffa0242-7b83-4613-917f-f9029ccde40a.jpg