​Gəncə şəhər sakininin evindən odlu silah və ləvazimatları götürülüb

​Gəncə şəhər sakininin evindən odlu silah və ləvazimatları götürülüb Onun evində nömrəsi silinmiş “AKSU-74” markalı silah aşkar edilib
Hadisə
16 Aprel , 2016 12:55
​Gəncə şəhər sakininin evindən odlu silah və ləvazimatları götürülüb

Bakı. 16 aprel. REPORT.AZ/ Gəncə şəhər sakininin evindən odlu silah və ləvazimatları götürülüb. "Report" xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsi və Nizami (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elnur Cavadovun evindən nömrəsi silinmiş “AKSU-74” markalı silah, 30 ədəd patron və patron darağı, habelə 12 ədəd ərəb əlifbası ilə yazılmış kitab (dini ədəbiyyat olması ehtimal olunur) aşkar edilib.

Son xəbərlər

Orphus sistemi