​Fikrət Məmmədov: “Ədliyyə Nazirliyinin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə 360-dan çox cinayət işinin istintaqı tamamlanıb”

​Fikrət Məmmədov: “Ədliyyə Nazirliyinin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə 360-dan çox cinayət işinin istintaqı tamamlanıb” “Görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub”
Hadisə
20 Noyabr , 2015 10:02
​Fikrət Məmmədov: “Ədliyyə Nazirliyinin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə 360-dan çox cinayət işinin istintaqı tamamlanıb”

Bakı. 20 noyabr. REPORT.AZ/ “Bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötüb. Görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb”. “Report”un xəbərinə görə, bunu Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

O bildirib ki, qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan 3 250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1 800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 360-dan çox cinayət işinin istintaqı tamamlanıb, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub.

“Cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 44 mindən çox bələdiyyə aktı yoxlanılıb, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 40 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb.

Ekspertiza sahəsində elm və texnikanın son nailiyyətləri tətbiq olunmaqla 9 ayda 21 000-dək iş üzrə tədqiqatlar aparılaraq ekspert rəyləri verilib. Ekspertlər qarşısında qoyulmuş 500 minə yaxın sual cavablandırılıb ki, bu da ötən illə müqayisədə 2,5 dəfə çoxdur”, - əlavə edib.

Son xəbərlər

Orphus sistemi