​Fikrət Fərəməzoğlu vəkilindən imtina edib

​Fikrət Fərəməzoğlu vəkilindən imtina edib Həbsdə olan baş redaktor vəkildən imtina etməsinin səbəblərini açıqlamayıb
Hadisə
5 İyul , 2016 17:40
​Fikrət Fərəməzoğlu vəkilindən imtina edib

Bakı. 5 iyul. REPORT.AZ/ Vəkil Nemət Kərimli iyulun 5-də "JAM.az" saytının həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlu ilə görüşüb.

Bu barədə "Report"a N.Kərimli məlumat verib.

Onun sözlərinə görə, görüş müstəntiqin iştirakı ilə keçirilib. Müstəntiq N.Kərimlini F.Fərəməzoğluna təqdim edib. N.Kərimli bildirib ki, məlum olmayan səbəblərdən F.Fərəməzoğlu vəkildən imtina edib.

Qeyd edək ki, Daxili İşlər Naizrliyinin yaydığı məlumata görə, görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu "JAM.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: "Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb". Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı anoloji cinayətlər törətdiyi barədə müraciətlər ediblər. Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi