FHN Nərimanovda baş verən yanğınla bağlı məlumat yayıb

FHN Nərimanovda baş verən yanğınla bağlı məlumat yayıb Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
2 Oktyabr , 2014 18:11
FHN Nərimanovda baş verən yanğınla bağlı məlumat yayıb
Bakı. 2 oktyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanov rayonundakı hündürmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. "Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanğın Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı evdə baş verib. Yanğın zamanı mənzilin taxta konstruksiyalardan ibarət çardağı 60 kv.m sahədə, arakəsmələri daş və taxta konstruksiyalardan ibarət 2 otağın yanar konstruksiyaları və ev əşyaları 30 kv. m sahədə, 1 otağın tavanı 5 kv. m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi