Fətulla Hüseynovun oğlunun həbs müddəti artırılıb

Fətulla Hüseynovun oğlunun həbs müddəti artırılıb O, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının rəhbəri olub
Hadisə
26 Fevral , 2016 17:35
Fətulla Hüseynovun oğlunun həbs müddəti artırılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün Nərimanov Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə “Report”a vəkil Kamandar Nəsibov məlumat verib.

İş adamı barəsində həbs qətimkan tədbirinin müddəti iyun ayının 2-nə qədər artırılıb.

Qeyd edək ki, A.Hüseynov 2015-ci ilin may ayında saxlanılıb. O, 318 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Həmin məbləğin böyük bir hissəsinin Dubayda iki zavodun tikilişinə sərf edildiyi bildirilir. A.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğludur.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Son xəbərlər

Orphus sistemi