​Xaçmazda maskalı şəxslər 70 yaşlı qadının evinə basqın ediblər

​Xaçmazda maskalı şəxslər 70 yaşlı qadının evinə basqın ediblər Sevda Əhmədzadənin əlini, qolunu, ağzını bağlayan oğrular evdən 1000 manat pul götürüblər
Hadisə
13 Oktyabr , 2015 11:01
​Xaçmazda maskalı şəxslər 70 yaşlı qadının evinə basqın ediblər

Bakı. 13 oktyabr. REPORT.AZ/ Xaçmaz rayonunda oğurluq hadisəsi olub. 

"Report"un xəbərinə görə, hadisə rayonun Sərkərli kəndində baş verib.

Üzü maskalı iki şəxs Xaçmazdakı villasında istirahət edən Bakı sakini 70 yaşlı Əhmədzadə Sevda Əhməd qızının evinə basqın ediblər. Onlar S.Əhmədzadənin əlini, qolunu, ağzını bağlayaraq evdən 1000 manat pul götürüblər.

Faktla bağlı Xaçmaz rayon polis idarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi