​Ermənilər Tərtərdə yenidən yanğınlar törədiblər

​Ermənilər Tərtərdə yenidən yanğınlar törədiblər Alov rayonun Qarağacı, Qapanlı, Qaradağlı kəndlərinə doğru yaxınlaşıb
Hadisə
12 İyul , 2015 17:32
​Ermənilər Tərtərdə yenidən yanğınlar törədiblər

Bakı. 12 İyul. REPORT.AZ/ Ötən gecə Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində yenidən yanğınlar törədiblər.

"Report" xəbər verir ki, əvvəlcə keçmiş Ağdərə rayonunun işğal altında olan Qızıloba kəndinin ərazilərinə od vurulub.

Sonra alov qısa müddət ərzində genişlənərək Tərtərin Qarağacı, Qapanlı, Qaradağlı kəndlərinə doğru yaxınlaşıb. Yerli sakinlərin və Tərtər yanğınsöndürmə briqadalarının birgə səyi nəticəsində sözügedən yaşayış məntəqələrinin əkin sahələrinə zərər dəyməyib. Yanğın bu dəqiqələrdə də davam edir.

Son xəbərlər

Orphus sistemi