​DYP növbəti dəfə reyd keçirib: 32 sürücü saxlanılıb - FOTO

​DYP növbəti dəfə reyd keçirib: 32 sürücü saxlanılıb - FOTO Sərxoş sürücülərin və sürücülük vəsiqəsi olmayanların avtomobilləri cərimə meydançasına aparılıb
Hadisə
28 İyul , 2015 13:30
​DYP növbəti dəfə reyd keçirib: 32 sürücü saxlanılıb - FOTO

Bakı. 28 iyul. REPORT.AZ/ Ağcabədi rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti dəfə reyd keçirib. "Report" xəbər verir ki, reyd zamanı sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib.

Reyd zamanı, həmçinin nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkarlanıb. 32 sürücü haqqında inzibati tədbir görülüb. Bunlardan 4 nəfər sərxoş vəziyyətdə, 5 nəfər sürücülk vəsiqəsi olmadığına, 3 nəfər ötmə qaydasını pozduğuna, 1 nəfər yük daşıma qaydasını pozduğuna,10 nəfər avtomobilini texniki baxışdan keçirmədiyinə, 6 nəfər təhlükəsizlik kəmərindən istifadə etmədiyinə  və 3 nəfər yol nişanı qaydalarını pozduğuna görə cəzalandırılıb.

Sərxoş sürücülərin və sürücülük vəsiqəsi olmayanların avtomobilləri cərimə meydançasına aparılıb.

Ağcabədi Rayon Dövlət Yol Polisi bölməsinin rəisi Dadaş İbrahimovun sözlərinə görə, şəhərin Heydər Əliyev prospektində baş tutan reydin əsas məqsədi yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək olub.

Reydlər davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi