Yardımlı. 24 avqust. REPORT.AZ/ Yardımlı Rayon Statistika İdarəsinin rəisi vəfat edib. "Report"un Cənub bürosunun məlumatına görə, idarə rəisi Marifət Məşan oğlu Ağaverdiyev 61 yaşında dünyasını dəyişib.
Rayonun tanınmış ziyalılarından olan M.Ağaverdiyev Yardımlı rayonunun Koryədi kəndində dünyaya gəlib. 2007-ci ildən Rayon Statistika İdarəsinə rəhbərlik edib. Mərhumun yaxınlarının verdiyi məlumata görə, M.Ağaverdiyevin səhhətində uzun müddət problem olub və bu səbəbdən dünyasını dəyişib.
Dövlət Statistika Komitəsinin vəzifəli əməkdaşı vəfat edib
Hadisə
24 Avqust , 2016
13:39
https://static.report.az/photo/95f2e0da-ba63-4474-a529-23b272fa7128.jpg
Rus versiyası
Скончалось должное лицо Госкомстата Азербайджана