Dövlət Statistika Komitəsinin vəzifəli əməkdaşı vəfat edib

Dövlət Statistika Komitəsinin vəzifəli əməkdaşı vəfat edib Onun səhhətində uzun müddət problem olub və bu səbəbdən dünyasını dəyişib
Hadisə
24 Avqust , 2016 13:39
Dövlət Statistika Komitəsinin vəzifəli əməkdaşı vəfat edib

Yardımlı. 24 avqust. REPORT.AZ/ Yardımlı Rayon Statistika İdarəsinin rəisi vəfat edib. "Report"un Cənub bürosunun məlumatına görə,  idarə rəisi  Marifət  Məşan oğlu Ağaverdiyev  61 yaşında dünyasını dəyişib.

Rayonun tanınmış ziyalılarından olan M.Ağaverdiyev Yardımlı rayonunun Koryədi kəndində dünyaya gəlib. 2007-ci ildən Rayon Statistika İdarəsinə rəhbərlik edib. Mərhumun yaxınlarının verdiyi məlumata görə,  M.Ağaverdiyevin  səhhətində uzun müddət problem olub və bu səbəbdən dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi