Dövlət Komitəsi sabiq Aparat rəhbəri ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib - EKSKLÜZİV

Dövlət Komitəsi sabiq Aparat rəhbəri ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib - EKSKLÜZİV Onun rüşvət aldığı iddia olunur
Hadisə
15 Fevral , 2016 10:54
Dövlət Komitəsi sabiq Aparat rəhbəri ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib - EKSKLÜZİV

Bakı. 15 fevral. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Aparat rəhbəri vəzifəsindən azad edilib. "Report"un məlumatına görə, Səfər İmanov 1 noyabr 2015-ci ildə öz ərizəsi ilə işdən çıxıb.

Onun vətəndaşlardan birindən 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsindən "Report"un sorğusuna cavab olaraq bildirib ki, S.İmanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov AQUPDK-də olub. A.Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 5-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.

"Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib", - Dövlət Komitəsindən bildirilib.

Son xəbərlər

Orphus sistemi