Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisinin həbs müddəti uzadılıb

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisinin həbs müddəti uzadılıb Rüstəm Usubovun təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb
Hadisə
9 Dekabr , 2015 16:15
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisinin həbs müddəti uzadılıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

"Report"un məlumatına görə, baş prokurorun birinci müavini Rüstəm Usubovun R.Məmmədov barəsindəki həbs qətimkan tədbirinin müddətinin artıtılması ilə bağlı təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb.

Məhkəmə qərarına əsasən, R.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Qeyd edək ki, R.Məmmədov bu il may ayının 12-də həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonradan uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Müvəqqəti saxlama yeri və İstintaq təcridxanasında saxlanılır.

Son xəbərlər

Orphus sistemi