DİN Ucarda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb

DİN Ucarda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
6 Dekabr , 2014 15:02
DİN Ucarda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Ucarda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. "Report"un DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 6-da saat 01 radələrində Ucar rayonunun Qazıqumlaq kəndində kənd sakini Çingiz Qədirov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub və nəticədə avtomobildə yanğın baş verib. Nəticədə sürücü və sərnişinləri Vasif Kərimov və Tapdıq Qədirov hadisə yerində ölüblər.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi