DİN Bakıda küçənin ortasında baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

DİN Bakıda küçənin ortasında baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb Qısqanclıq zəminində törədilən hadisə barədə araşdırma aparılır
Hadisə
30 Oktyabr , 2015 12:46
DİN Bakıda küçənin ortasında baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakıda küçənin ortasında baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. "Report" nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 29-da paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini İlahə Yusubovanın bıçaqla qətlə yetirilən meyiti tapılıb.

Hadisəni qısqanclıq zəminində törədən paytaxt sakini Babək Əliyev könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi