Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Dəmir Bank” ASC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.
“Report”un məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin “Dəmir Bank” ASC-nin xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, bu il bank “Azərsu” ASC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Dəmir Bank” aktın mübahisələndirilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan “Azərsu” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.