​“Dəmir Bank” ASC-yə qarşı apellyasiya şikayətinə baxılıb

​“Dəmir Bank” ASC-yə qarşı apellyasiya şikayətinə baxılıb Qətnamə dəyişdirilmədən saxlanılıb
Hadisə
18 Dekabr , 2015 09:48
​“Dəmir Bank” ASC-yə qarşı apellyasiya şikayətinə baxılıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Dəmir Bank” ASC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report”un məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin “Dəmir Bank” ASC-nin xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il bank “Azərsu” ASC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Dəmir Bank” aktın mübahisələndirilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan “Azərsu” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi