Dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib "Rauf Namazovla bankdan pul götürməyə getdik"
Hadisə
9 Sentyabr , 2015 10:52
Dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rauf Namazov və Oqtay Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid Faiq Əliyevin ifadəsi dinlənilib.

O bildirib ki, yalnız sürücüsü kimi Rauf Namazovla bir çox obyektlərə öz avtomobili ilə gedib: "Mən Rauf Namazovla bankdan pul götürməyə getdik. Bir neçə dəfə də o, binadan bağlama əlində çıxıb, maşına əyləşib. Lakin bunların nə olduğundan xəbərsizəm".

Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, Rauf Namazov və Oqtay Vəliyev Cinayət Məcəlləsinin 178.1 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi