Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakı
"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid Faiq Əliyevin ifadəsi dinlənilib.
O bildirib ki, yalnız sürücüsü kimi Rauf Namazovla bir çox obyektlərə öz avtomobili ilə gedib: "Mən Rauf Namazovla bankdan pul götürməyə getdik. Bir neçə dəfə də o, binadan bağlama əlində çıxıb, maşına əyləşib. Lakin bunların nə olduğundan xəbərsizəm".
Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.
Qeyd edək ki, Rauf Namazov və Oqtay Vəliyev Cinayət Məcəlləsinin 178.1 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə ittiham olunur.