Dələduzluqda təqsirləndirilən şəxsə şərti cəza verilib

Dələduzluqda təqsirləndirilən şəxsə şərti cəza verilib Təqsirləndirilən şəxs zərərçəkmişə dəyən ziyanı ödəyib
Hadisə
23 Sentyabr , 2016 12:09
Dələduzluqda təqsirləndirilən şəxsə şərti cəza verilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Alim Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə A.Rzayev barəsində 1 il almaq müddəri olmaqla şərti cəza təyin edib. O, zərərçəkmişə dəyən ziyanı ödəyib.

Qeyd edək ki, A.Rzayev işə düzəltmə adı ilə tanışından 20 min manat alıb. Daha sonra o, verdiyi vədə əməl erməyib. A.Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi