Yuxarı

Dələduzluqda təqsirləndirilən şəxsə şərti cəza verilib

Təqsirləndirilən şəxs zərərçəkmişə dəyən ziyanı ödəyib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Alim Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə A.Rzayev barəsində 1 il almaq müddəri olmaqla şərti cəza təyin edib. O, zərərçəkmişə dəyən ziyanı ödəyib.

Qeyd edək ki, A.Rzayev işə düzəltmə adı ilə tanışından 20 min manat alıb. Daha sonra o, verdiyi vədə əməl erməyib. A.Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi