Dələduzluqda təqsirləndirilən qadınların məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən qadınların məhkəməsi başlayıb Məhkəmənin baxış iclası aprelin 15-nə təyin edilib
Hadisə
13 Aprel , 2016 10:43
Dələduzluqda təqsirləndirilən qadınların məhkəməsi başlayıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asyaxanım Hüseynova, Sevinc Əliyeva və Könül Orucovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 15-nə təyin edilib.

Qeyd edək ki, ittihama aktına əsasən, hər 3 qadın qızıl alverçisi aldararaq ona saxta qızıl veriblər. Bunun müqabilində onlar 300 min manatdan artıq pul alıblar. Zərərçəkmiş şəxslər qızılların saxta olmasını bildikdən sonra polisə müraciət edib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3. 2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

Qadınlardan Asyaxanım Hüseynova barəsində həbs-qətimkan tədbiri seçilib. Digər iki qadınla bağlı heç yerə getməməklə bağlı intizam qərarı seçilib.

Son xəbərlər

Orphus sistemi