Deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalan şəxs xilas edilib

Deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalan şəxs xilas edilib O, Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib
Hadisə
13 Aprel , 2016 21:35
Deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 13 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı-Qəbələ yolunun 8-ci kilometrliyində “GRAND-TİGER” və “QAZEL” markalı 2 minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

"Report" Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə “GRAND-TİGER” markalı minik avtomobilində olan 1 nəfər sərnişin xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. 

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. 

Əməliyyat saat 20:40-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi