​"Dağ yəhudiləri" dini icmasının sədrinin evindən quldurluq yolu ilə pul əldə etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

​"Dağ yəhudiləri" dini icmasının sədrinin evindən quldurluq yolu ilə pul əldə etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib Məhkəmənin növbəti iclası avqustun 8-nə təyin edilib
Hadisə
2 Avqust , 2016 18:39
​Dağ yəhudiləri dini icmasının sədrinin evindən quldurluq yolu ilə pul əldə etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Dağ yəhudiləri" dini icmasının sədrinin evindən quldurluq yolu ilə külli miqdarda pul əldə etməkdə təqsirləndirilən Coşqun Əliyev, Eldar Avadayev, Xalid Seyidovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.

Məhkəmənin növbəti iclası avqustun 8-nə təyin edilib.

Qeyd edək ki, ittihama aktına görə, Eldar Avadyayev 2014-cü ilin 6 dekabr tarixində "Dağ yahudi"ləri dini icmasının sədri Quba rayonu, Qırmızı qəsəbə sakini Boris Simanduyevin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Xalid Seyidov, Coşqun Əliyev, Türkanə Rəhmanova ilə əlbir olublar. Həmin şəxslər evə daxil olaraq, ev sahibini və bacısı Liza Simanduyevanı döyərək xəsarət yetiriblər. L.Simanduyeva basqınçılara müqavimət göstərərkən C.Əliyev onu bıçaqlayıb.

Daha sonra onlar evdə yaşayan şəxslərin əl-qolunu bağlayıb. Təqsirləndirilən şəxslər evin mətbəxindəki seyfin qapısını balta ilə sındıraraq içərisindəki 395 min dollar, 91 600 manat və 28 min rubl pulu və müxtəlif sayda qızıl-zinət əşyalarını, qol saatlarını, qızıl sikkələrini götürüblər.

Son xəbərlər

Orphus sistemi