Azərbaycanın adının səhv yazıldığı məktəb qlobusları satışdan geri çağırılıb - FOTO

Azərbaycanın adının səhv yazıldığı məktəb qlobusları satışdan geri çağırılıb - FOTO Qlobuslarda Xəzər dənizinin adı iki dəfə qeyd olunub
Hadisə
5 Fevral , 2016 02:36
Azərbaycanın adının səhv yazıldığı məktəb qlobusları satışdan geri çağırılıb - FOTO

Bakı. 5 fevral. REPORT.AZ/ Avstraliyanın "Cotton On Group" ticarət şəbəkəsi Azərbaycanın adının səhv yazıldığı məktəb qlobuslarını satışdan geri çağırıb.

"Report" xəbər verir ki, bu barədə şəbəkənin "facebook" səhifəsində yazılıb.

Dəftərxana ləvazimatları istehsalı ilə məşğul olan "Typo" şirkətinin buraxdığı qlobuslarda Azərbaycanın adı "Azerbalian" kimi təqdim olunub. Eyni zamanda qlobuslarda Xəzər dənizinin adı iki dəfə yazılıb, həmçinin İsrail Fələstin adlandırılıb.

"Cotton On Group" qeyd edir ki, sözügedən qlobuslar yeni partiya ilə əvəz olunacaq və bu buraxılışlarda bütün ölkələrin adları düzgün yazılacaq.

Son xəbərlər

Orphus sistemi