Yuxarı

Azərbaycanın adının səhv yazıldığı məktəb qlobusları satışdan geri çağırılıb - FOTO

Qlobuslarda Xəzər dənizinin adı iki dəfə qeyd olunub

Bakı. 5 fevral. REPORT.AZ/ Avstraliyanın "Cotton On Group" ticarət şəbəkəsi Azərbaycanın adının səhv yazıldığı məktəb qlobuslarını satışdan geri çağırıb.

"Report" xəbər verir ki, bu barədə şəbəkənin "facebook" səhifəsində yazılıb.

Dəftərxana ləvazimatları istehsalı ilə məşğul olan "Typo" şirkətinin buraxdığı qlobuslarda Azərbaycanın adı "Azerbalian" kimi təqdim olunub. Eyni zamanda qlobuslarda Xəzər dənizinin adı iki dəfə yazılıb, həmçinin İsrail Fələstin adlandırılıb.

"Cotton On Group" qeyd edir ki, sözügedən qlobuslar yeni partiya ilə əvəz olunacaq və bu buraxılışlarda bütün ölkələrin adları düzgün yazılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi