Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var 

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var  Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 Yanvar , 2024 22:06
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var 

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, olay Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “VAZ 2107” markalı minik avtomobili yol kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb. Nəticədə Cəlilabad rayon sakini 1997-ci il təvəllüdlü Musayev Fərid və 1956-ci il təvəllüdlü Bəşirov Ədalət ağır xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi