​Cəlilabadda yanğın nəticəsində mal-qara tələf olub

​Cəlilabadda yanğın nəticəsində mal-qara tələf olub Vətəndaşa məxsus tövlənin dam örtüyü və içərisində olan 2 ton ot bağlaması yanıb
Hadisə
25 Yanvar , 2016 01:59
​Cəlilabadda yanğın nəticəsində mal-qara tələf olub

Bakı. 25 yanvar. REPORT.AZ/ Gecə saatlarında Cəlilabad rayonunun Edişə kəndində vətəndaşa məxsus tövlənin dam örtüyü 11 kv.m sahədə və içərisinə yığılmış 3,5 ton ot bağlamasının 2 tonu yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tövlədə olan 4 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:06-da söndürülüb.

Son xəbərlər

Orphus sistemi