Yuxarı
    Bağlamaq

    ​Cəlilabadda yanğın nəticəsində mal-qara tələf olub

    Vətəndaşa məxsus tövlənin dam örtüyü və içərisində olan 2 ton ot bağlaması yanıb

    Bakı. 25 yanvar. REPORT.AZ/ Gecə saatlarında Cəlilabad rayonunun Edişə kəndində vətəndaşa məxsus tövlənin dam örtüyü 11 kv.m sahədə və içərisinə yığılmış 3,5 ton ot bağlamasının 2 tonu yanıb.

    "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tövlədə olan 4 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

    Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:06-da söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi