​Cəlilabadda 2 körpünü sel suları yararsız hala salıb - FOTO

​Cəlilabadda 2 körpünü sel suları yararsız hala salıb - FOTO Albalan kəndinə elektrik enerjisi verilişi dayandırılıb
Hadisə
30 Oktyabr , 2015 18:34
​Cəlilabadda 2 körpünü sel suları yararsız hala salıb - FOTO

Bakı. 30 oktyabr. REPORT.AZ/ Son günlər düşən intensiv yağıntılar Cəlilabad rayonunda da fəsadlara yol açıb. "Report" xəbər verir ki, rayonun Albalan kəndində sel suları iki körpünü yuyaraq yarasız hala salıb. Nəticədə kəndin bir hissəsinin digəri ilə əlaqəsi tamamilə kəsilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri hadisə yerinə baxış keçirib, evləri su basmış sakinlər təxliyə olunub.

Yağış sularının səbəb olduğu sel suları kənd təsərrüfatına da ciddi ziyan vurub. Vətəndaşlara məxsus ağaclar, əkin sahələri su altında qalıb.

Kənd sakinləri sel sularının yarada biləcəyi digər fəsadların qarşısını almaq üçün evlərin və təsərrüfatlarının ətrafında arxlar qazırlar. Albalan kəndini elektriklə təmin edən transformatorun sel sularının təsirinə məruz qalması nəticəsində kəndə elektrik enerjisi verilişi dayandırılıb. 

Eyni zamanda, rayon mərkəzindən 10 km aralıda yerləşən Ağdaş kəndinin əsas yolunu da sel suları yuyub. 

Hazırda da rayonda şiddətli yağış yağmağda davam edir.

Son xəbərlər

Orphus sistemi