​Yaltada azərbaycanlı komandirin şərəfinə adlandırılan park satılıb

​Yaltada azərbaycanlı komandirin şərəfinə adlandırılan park satılıb Məlumata görə, hazırda parkda tikinti işləri başlayıb
Hadisə
16 Yanvar , 2015 03:03
​Yaltada azərbaycanlı komandirin şərəfinə adlandırılan park satılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Yaltada 1944-cü ildə şəhəri faşistlərdən azad edən alayın komandiri Cəlil Nəcəbovun şərəfinə adlandırılan park satılıb.

"Report"un xəbərinə görə, bu barədə Krımın azərbaycanlı icması məlumat yayıb.

Məlumata görə, hazırda parkda tikinti işləri başlayıb. Sifarişçilərin planlarında bağ ərazisində ticarət-əyləncə mərkəzi tikmək durur.

323-cü atıcı alayın komandiri Cəlil Nəcəbovun memorial xatirə lövhəsinin təntənəli açılış mərasimi 2013-cü ildə keçirilib.

İcmadan bildiriblər ki, bağın abadlaşdırılmasına çoxlu sayda vəsait sərf olunub, daha sonra yerli sakinlər və turistlər burada istirahət etməyə başlayıblar.

Krımın azərbaycanlı icması, həmçinin əlavə edib ki, hazırda tikinti işlərini sifariş verən şirkətlə danışıqlar aparılır.

Son xəbərlər

Orphus sistemi