Azərbaycanda seysmoloji cəhətdən aktiv olan bölgələrin adları açıqlanıb - SİYAHI
Hadisə
- 02 avqust, 2016
- 08:34
Bakı. 2 avqust. REPORT.AZ/ "2016-cı il avqustun 1-nə olan məlumata görə, Azərbaycanda 4 849 zəlzələ qeydə alınıb".
"Report" xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli avqust ayının 1-də İmişlidə baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ilin ötən dövrü ərzində 3 və 3 baldan yuxarı olan 57 təkan olub: "Baş verən zəlzələlərdən 10-u hiss olunub".
Q.Yetirmişli bu il ərzində ölkə ərazisində seysmoloji cəhətdən aktiv olan bölgələrin adlarını da açıqlayıb: "Azərbaycanda ən aktiv zonalar Xəzər, Şamaxı, İsmayıllı, Böyük Qafqazın cənub şərq yamacı, Talış dağlarıdır. Bir müddət əvvəl Şamaxıda Pirqulu ərazisində bir gün ərzində də 93 təkan qeydə alınmışdı".
Son xəbərlər
23:20
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Hadisə23:14
Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb
Hadisə23:00
Foto
Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib
Din22:46
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Xarici siyasət22:39
Ruslan Paşayev "Qran-pri"nin qalibi olub
Fərdi22:33
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Xarici siyasət22:25
Azərbaycan Basketbol Liqası: "Naxçıvan" "Lənkəran"ı məğlub edib
Komanda22:22
Azərbaycanın iki diplomatı İrandan təxliyə edilib
Xarici siyasət22:08