Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Gücləndirilmiş iş rejimi yanvar ayının 7-nə kimi davam edəcək
Hadisə
24 Dekabr , 2014 11:23
Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı. 24 dekabr. REPORT.AZ/ Bakı Şəhər Dövlət Yol Polis İdarsəinin (BŞDYPİ) əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl bayramları münasibəti ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bunu "Report"a açıqlamasında BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov bildirib: "Paytaxt ərazisində bayram günləri ərəfəsində sürücülərin və piyadaların hərəkətinin təhlükəsiz qaydada təşkil olunması üçün Bakı Şəhər Dövlət Yol Polisinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Xüsusən bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulan yerlərdə ehtiyac olduqda əlavə polis naryadları cəlb olunacaq". V.Əsədov, həmçinin sürücülərə xəbərdarlıq da edib: "Bayram günlərində şəhərdən kənara rayonlara üz tutan sürücülər say etibarı ilə çoxluq təşkil edir. Bu məqsədlə uzaq yerlərə gedən sürücülər yollarda maksimum dərəcədə ehtiyatlı olmalı və hərəkətin təşkilində, həm öz təhlükəsizliklərini, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almalıdırlar. Baş verə biləcək arzu olunmayan halların, yəni qəzaların qarşısını almaq üçün nasaz avtomobillərdən istifadə etməmək məsləhət görülür". 

Qeyd edək ki, BŞDYPİ-i yanvar ayının 7-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi