Bir ay əvvəl baş verən qəzada yaralanan şəxs ölüb

Bir ay əvvəl baş verən qəzada yaralanan şəxs ölüb Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
24 May , 2016 11:45
Bir ay əvvəl baş verən qəzada yaralanan şəxs ölüb

Bakı. 23 may. REPORT.AZ/ Təxminən bir ay əvvəl Şamaxı rayonunda baş verən qəza nəticəsində yaralanan şəxslərdən biri ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, aprelin 28-də saat 22 radələrində Şamaxı rayonunda rayon sakini Amin Musayevin və Ağdam rayon sakini Rəhman Azadovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R.Azadovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərindən N.Zərbalıyev mayın 23-də orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi