Yuxarı

Bir ay əvvəl baş verən qəzada yaralanan şəxs ölüb

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Bakı. 23 may. REPORT.AZ/ Təxminən bir ay əvvəl Şamaxı rayonunda baş verən qəza nəticəsində yaralanan şəxslərdən biri ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, aprelin 28-də saat 22 radələrində Şamaxı rayonunda rayon sakini Amin Musayevin və Ağdam rayon sakini Rəhman Azadovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R.Azadovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərindən N.Zərbalıyev mayın 23-də orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi