​Bilgəhdə iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

​Bilgəhdə iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO Ölən və yaralananlar barədə məlumat yoxdur
Hadisə
14 Avqust , 2016 14:40
​Bilgəhdə iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün günorta saatlarında Mərdəkan-Buzovna-Bilgəh yolunun Bilgəh qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, "Mitsubishi Pajero" markalı avtomobil eyni zolaqda hərəkətdə olan "Opel" markalı avtomaşına arxadan çırpılıb. Qəza nəticəsində ölən və yaralananların olması barədə məlumat yoxdur.

Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi