Yuxarı

​Bilgəhdə iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Ölən və yaralananlar barədə məlumat yoxdur

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün günorta saatlarında Mərdəkan-Buzovna-Bilgəh yolunun Bilgəh qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, "Mitsubishi Pajero" markalı avtomobil eyni zolaqda hərəkətdə olan "Opel" markalı avtomaşına arxadan çırpılıb. Qəza nəticəsində ölən və yaralananların olması barədə məlumat yoxdur.

Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi