Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
Hadisə
16 Aprel , 2024 12:41
Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 4 nəfər Rusiyadan ekstradisiya edilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan vətəndaşları Şövkətbəy Mustafayev, İlkin Rüstəmov, Rövşən Əmirxanlı və Nihad Səlimlinin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Nihad Səlimli sağlamlıq əleyhinə, Şövkətbəy Mustafayev, İlkin Rüstəmov və Rövşən Əmirxanlının isə mülkiyyət əleyhinə olan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiyada saxlanılaraq bugün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Son xəbərlər

Orphus sistemi