Bərdədə yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO

Bərdədə yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
17 Oktyabr , 2016 13:40
Bərdədə yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO

Bərdə. 17 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. 

Belə ki, İlqar Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və Mircamal Mahmudovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2106"-da sərnişin, 21 yaşlı Kənan Fərhad oğlu Həsənzadə ağır bədən xəsarətləri alaraq xəstəxanada ölüb.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Xəstəxanadan bildirilib ki, yaralılardan, "VAZ-2106"-nın sürücüsü M.Mahmudov vəziyyətinin ağır olması səbəbi ilə reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi