Bərdədə pambıq zavodunun həyətində yanğın baş verib

Bərdədə pambıq zavodunun həyətində yanğın baş verib Geniş əraziyə yayılan alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin briqadası cəlb edilib
Hadisə
1 İyul , 2015 16:51
Bərdədə pambıq zavodunun həyətində yanğın baş verib

Bakı. 1 iyul. REPORT.AZ/ Bərdədə Pambıqtəmizləmə Zavodunun həyətində yanğın baş verib. "Report" xəbər verir ki, günorta saatlarında başlayan yanğının qarşısı qısa zamanda alınıb.

Hadisə 1 N Bərdə Pambıq Zavodunun həyətində baş verib. Yanğın qısa müddətdə genişlənərək ətrafı bürüyüb.

Geniş əraziyə yayılan alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin briqadası cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb. 

Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. 

Son xəbərlər

Orphus sistemi